satellite   Azerspace-1: 11135 H 30000

Lənkəranda çay kənarında narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub

Lənkəranda çay kənarında narkotik tərkibli bitkilər yetişdirməkdə təqsirləndirilən şəxs həbs olunub

Lənkəranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən şəxs həbs olunub.

Bu barədə NTV-yə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı Cəfər Kərimov saxlanılıb.

Ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 63 ədəd çətənə kolu və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM