satellite   Azerspace-1: 11135 H 30000

Emin Ağalarov "Sea Breeze" akvaparkında baş vermiş hadisəyə münasibət bildirib

Emin Ağalarov "Sea Breeze" akvaparkında baş vermiş hadisəyə münasibət bildirib

"Sea Breeze"in sahibi və təsisçisi, "Agalarov Development"in prezidenti Emin Ağalarov akvaparkda uşağın ölümü ilə nəticələnən faciəvi insidentə münasibət bildirib.

NTV xəbər verir ki, E.Ağalarov sosial şəbəkə hesabında bu insidentlə bağlı açıqlama yayıb.

"Sea Breeze"dəki akvaparkın ərazisində baş vermiş faciəvi hadisə nəticəsində uşaq həlak olub.

"Şəxsən öz adımdan və bütün "Sea Breeze" komandası adından ailəyə ən dərin və səmimi başsağlığımı bildirirəm. Belə bir anda valideynlərin və yaxınlarının ağrısını yüngülləşdirə biləcək söz yoxdur.

Hazırda hadisənin bütün təfərrüatlarını, o cümlədən uşağın su nasoslarının işlədiyi və hasarlarla əhatələnmiş hovuzun texniki zonasına necə düşdüyünü müəyyənləşdirən araşdırma aparılır.

Biz öz tərəfimizdən istintaqa hərtərəfli dəstək veririk.

Uşaqların və böyüklərin təhlükəsizliyi "Sea Breeze" üçün hər zaman mütləq prioritet və öhdəlik olub və olaraq qalır. Kurortun bütün əraziləri və obyektləri mütəmadi olaraq FHN və aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Akvapark üçüncü mövsümdür fəaliyyət göstərir və bu müddət ərzində 350 mindən çox qonaq qəbul edib.

Baş verən hadisə ilə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

"Sea Breeze" komandası və şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik", - paylaşımda bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM