satellite   Azerspace-1: 11135 H 30000

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Çinin “Hainan Airlines" şirkətinə məxsus "Airbus" təyyarəsi Krasnoyarsk hava limanına təcili eniş edib.

NTV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsi məlumat yayıb. Pekin-Mançester reysini yerinə yetirən hava gəmisinin enişi uğurlu olub. Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarəyə və yerüstü infrastruktura ziyan dəyməyib.

Krasnoyarsk Beynəlxalq Aeroportunun mətbuat xidməti bildirib ki, enişdən dərhal sonra ingilis və Çin dillərini bilən mütəxəssislər sərnişinlər və heyətlə işə başlayıblar. Dilçilər və sərnişin daşınması üzrə ekspertlər yaranan problemlərin həllində, aviaşirkətlə əlaqələrin qurulmasında sərnişinlərə kömək göstərirlər. Dövlət qurumları ilə birgə sərnişinlərin və heyətin bütün lazımi ehtiyacları qarşılanır. "Hainan Airlines" aviaşirkəti uçuşu davam etdirmək üçün Krasnoyarska ehtiyat təyyarə göndərəcəyini bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM