satellite   Azerspace-1: 11135 H 30000

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

Almaniyanın avtomobil sənayesində çalışanların sayı cari ilin birinci yarısının sonunda ötən ilin eyni dövrü ilə müqayisədə 42 min 300 nəfər və ya 5,8 faiz azalıb.

NTV xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında bildirilib.

Bu, 200 mindən çox işçisi olan iri sənaye sahələri arasında ən yüksək azalma göstəricisidir. Bununla da avtomobil sənayesində çalışanların ümumi sayı 691,5 min nəfərə düşüb. Bu da 2005-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Buna baxmayaraq, avtomobil sənayesi Almaniyada maşınqayırmadan sonra ikinci ən böyük sənaye sahəsi olaraq qalır. Maşınqayırma sahəsində 905 min 900 nəfər çalışır.

Avtomobil sənayesində ən ciddi azalma ehtiyat hissələri və aksessuar istehsalında qeydə alınıb. Bu sahədə məşğulluq 7,6 faiz azalaraq 219 min 500 nəfərə düşüb. Avtomobil və mühərrik istehsalında isə azalma 6,1 faiz təşkil edib.

Ümumilikdə Almaniyanın emal sənayesində çalışanların sayı bir il ərzində 2,7 faiz azalaraq 5,29 milyon nəfərə enib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM