satellite   Azerspace-1: 11135 H 30000

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 207 min 35 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Dövlət Xidmətindən NTV-yə bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 39 min 556-sı (19 faiz) ilkin, 167 min 479-u (81 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 44 min 830, mənzil – 52 min 822, torpaq sahəsi – 101 min 351, qeyri-yaşayış binası – 1918, qeyri-yaşayış sahəsi – 5684, əmlak kompleksi – 366 və çoxmərtəbəli yaşayış binaları üzərində 64 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 60 min 360-ı Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM