satellite   Azerspace-1: 11135 H 30000

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanında II ixtisas qrupu üzrə 500-600 arasında bal toplayan 637 abituriyent qeydə alınıb.

Dövlət İmtahan Mərkəzindən NTV-yə  bildirilib ki, həmin abituriyentlərdən 577 nəfəri Azərbaycan, 60 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.

İmtahan nəticələrinə əsasən ikinci ixtisas qrupunda imtahan nəticələrinə görə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı isə 100-dən az olmayan 7983 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Eyni zamanda, ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı isə 50-dən az olmayan 13 min 944 abituriyent də müsabiqədə iştirak hüququ əldə edib.

Qeyd edək ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna ümumilikdə 16 min 30 plan yeri ayrılıb. Həmin yerlərdən 4185-i dövlət sifarişi əsasında maliyyələşdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM