satellite   Azerspace-1: 11135 H 30000

Almatıda enerji böhranı güclü tıxaclara səbəb olub

Almatıda enerji böhranı güclü tıxaclara səbəb olub

Almatıda elektrik enerjisinin verilişində yaranmış fasilələr və işıqforların kütləvi şəkildə sönməsi nəticəsində 8 ballıq tıxaclar yaranıb.

NTV xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin məlumatında deyilir.

Almatıda bir çox yolayrıcında işıqforların işləməməsi nəticəsində hərəkət əhəmiyyətli dərəcədə çətinləşib. Abay, Əl-Fərabi, Rayımbek və Nazarbayev prospektlərində, eləcə də Satbayev, Jandosov və Tole bi küçələrində tıxaclar yaranıb.

Kanye Uestin konsertinin keçirilməsi ilə əlaqədar Mərkəzi stadion ərazisində hərəkətin məhdudlaşdırılması yolların daha da yüklənməsinə səbəb olub.

"KEGOC" sistem operatoru bərpa işləri aparır. Bir sıra regionlarda elektrik enerjisinin verilişi artıq bərpa olunub. Vəziyyət Energetika Nazirliyinin nəzarətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM