satellite   Azerspace-1: 11135 H 30000

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq<font color='red'> - PROQNOZ</font>

Yaxın iki gün ərzində - avqustun 15-i və 16-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 29-32 dərəcə isti olacağı gözlənilir.

Bu barədə NTV-yə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, bölgələrdə müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 17-dək davam edəcək: “Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli, intensiv olacaq. Avqustun 16-sı gecə saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur. Havanın maksimal temperaturu aran rayonlarında 32-36, dağlıq ərazilərdə 20–25 dərəcə isti olacaq”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM