satellite   Azerspace-1: 11135 H 30000

Son üç ayda Qobustan Qoruğunu 40 minə yaxın turist ziyarət edib

Son üç ayda Qobustan Qoruğunu 40 minə yaxın turist ziyarət edib

Son üç ay ərzində Qobustan Milli Tarix-Bədii Qoruğuna 40 minə yaxın ziyarətçi gəlib. Ziyarətçilərin əsas hissəsini Asiyanın müxtəlif ölkələrindən — Çin, Cənubi Koreya, Özbəkistan, Pakistan və Hindistandan, eləcə də Türkiyədən gələn turistlər təşkil edir. Bu ölkələrdən olan turistlərin Qobustana marağı xüsusilə böyükdür.

Bu barədə NTV-yə  Qobustan Milli Tarix-Bədii Qoruğundan məlumat verilib.

Bildirilib ki, qoruğa səfər edən turistləri ilk növbədə minilliklərin izlərini özündə yaşadan qədim qayaüstü təsvirlər, mağaralar və tarixin müxtəlif dövrlərinə şahidlik edən abidələr cəlb edir.

“Qədim insanların həyat tərzini, dünyagörüşünü və gündəlik yaşamını əks etdirən bu nadir nümunələr Qobustan səfərini sanki uzaq keçmişə açılan canlı bir pəncərəyə çevirir. Bu zəngin tarixi irsin UNESCO-nun Dünya İrsi siyahısına daxil edilməsi isə Qobustanın beynəlxalq miqyasda tanınmasını və xarici turistlərin ona olan marağını daha da gücləndirir.

Qobustan ziyarətçilərə qədim insanların həyat tərzi və dünyagörüşü ilə yaxından tanış olmaq, tarixi abidələri canlı şəkildə görmək və sanki min illər əvvələ səyahət etmək imkanı yaradır. Məhz bu xüsusiyyətlər Qobustan Milli Tarix-Bədii Qoruğunu həm yerli, həm də xarici turistlər üçün Azərbaycanın ən maraqlı və əhəmiyyətli tarixi məkanlarından birinə çevirir”, - deyə əlavə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM