Ukrayna Müdafiə Qüvvələri avqustun 14-nə keçən gecə Rusiyanın Leninqrad vilayətindəki "NOVATEK-Ust-Luqa" kompleksinə zərbə endirib.
NTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqramda məlumat yayıb.
"Yanğın qeydə alınıb. İlkin məlumata görə, iki emal qurğusu vurulub", – məlumatda bildirilib.
Dəyən ziyanın miqyası və zərbənin nəticələri dəqiqləşdirilir.
"NOVATEK-Ust-Luqa" sabit qaz kondensatının fraksiyalaşdırılması və emalı üçün nəzərdə tutulmuş istehsalat kompleksidir. Onun gücü ildə təxminən 8 milyon ton xammal təşkil edir.
