satellite   Azerspace-1: 11135 H 30000

Belçikada binanın zirzəmisində 9 milyon avro dəyərində qızıl külçələr və sikkələr tapılıb - FOTOLAR

Belçikada binanın zirzəmisində 9 milyon avro dəyərində qızıl külçələr və sikkələr tapılıb<font color=red> - FOTOLAR</font>

Sen-Jil-lez-Termondda (Belçika) binanın yenidən qurulması zamanı fəhlələr zirzəminin divarında içərisində qızıl parçaları, sikkələr və külçələr olan, təxmini dəyəri 9 milyon avro təşkil edən sandıq aşkar ediblər.

NTV xəbər verir ki, bu barədə "RLT" telekanalı Şərqi Flandriya prokurorluğuna istinadən məlumat yayıb.

Onu Şərqi Flandriya Ümumi Sosial Yardım Mərkəzinin binasını təmir edən "De Brand" tikinti şirkətinin əməkdaşları aşkar ediblər. Onlar tapıntı barədə dərhal məlumat veriblər və hadisə yerinə polislər gəlib.

"İndi Şərqi Flandriya prokurorluğu xəzinənin mənşəyini aydınlaşdırmalı və onun qanuni sahibini tapmalıdır. Hələlik polisə heç kim müraciət etməyib. Lakin bu qızıl mərkəzə qalarsa, təşkilat puldan evsizlərə şərait yaratmaq üçün istifadə etmək istərdi. Həmçinin işçilərin komissiya haqqı alıb-almayacağı da naməlum olaraq qalır", - telekanal bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM