satellite   Azerspace-1: 11135 H 30000

Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsi başlayır

Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsi başlayır

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Sea Breeze"də keçiriləcək mərhələsi bu gün start götürəcək.

NTV xəbər verir ki, Azərbaycan millisi ilə yanaşı, "Neftçi SOCAR", Niderland, Almaniya, Avstriya, "Madrid" (İspaniya), Latviya, "Yanjinq" (Çin), Çexiya, "Varşava" (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, "Arrasate Ointxe" (İspaniya) kollektivləri yarışda mübarizə aparacaq.

Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə aparacaq Azərbaycan millisi təsnifat oyunlarında iştirak edəcək.

Yığma saat 10:00-da turnirin açılış matçında Ukrayna ilə üz-üzə gələcək, ardından 10:50-də Misir yığmasına qarşı qüvvəsini sınayacaq.

Günün ikinci yarısında isə əsas qrup oyunlarının həyəcanı başlayacaq. B qrupunda yer alan "Neftçi SOCAR" saat 15:50-də İspaniyanın "Arrasate Ointxe" klubuna qarşı matça çıxacaq. Təmsilçimiz qrupdakı digər görüşünü saat 17:40-da Çinin "Yanjinq" komandasına qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM