satellite   Azerspace-1: 11135 H 30000

AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək

AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 25 illik fəaliyyətinə dair vizyon sənədini açıqlayıb.

NTV bu barədə NTV-yə istinadən xəbər verir.

"Terorsuz Türkiyə" prosesinə geniş yer ayrılan sənəddə prosesin hər hansı vasitəçi olmadan, ictimai asayiş və təhlükəsizlikdən güzəştə gedilmədən davam etdirildiyi bildirilib.

Sənəddə qeyd olunub ki, dövlətin həyata keçirdiyi effektiv mübarizə nəticəsində PKK terror təşkilatı 2025-ci ildə özünü buraxmaq qərarı qəbul edib və silahı yerə qoyduğunu açıqlayıb.

Həmçinin "Terorsuz Türkiyə" prosesinin uğurla başa çatacağı təqdirdə bunun Türkiyə tarixinin ən böyük nailiyyətlərindən birinə çevriləcəyi vurğulanıb.

Sənəddə bildirilib ki, proses hər hansı danışıqlar və sövdələşmələr aparılmadan, ictimai asayiş və təhlükəsizlikdən heç bir güzəşt edilmədən həyata keçirilir. Qarşıya qoyulan hədəf yalnız Türkiyə ilə məhdudlaşmır.

"Suriya və İraq başda olmaqla, regionda "Terrorsuz Bölgə" vizyonunun həyata keçirilməsi də qarşıya məqsəd qoyulub", - sənəddə vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM