satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Bolqarıstanın Hərbi Hava Qüvvələri ABŞ-dən sifariş etdiyi səkkiz ədəd "F-16 Block 70" qırıcı təyyarəsini ən tez 2030-cu ildə təhvil ala biləcək.

NTV xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb. Təyyarələrin istehsalçısı "Lockheed Martin" şirkəti istehsalat prosesində yaranan çətinliklər səbəbindən çatdırılmanın 2030-cu ilin ikinci rübünə qədər təxirə salındığını bəyan edib. Açıqlamada bu tarixin də qəti olmadığı, lakin ABŞ tərəfinin istehsalı sürətləndirmək üçün bütün lazımi tədbirləri görəcəyi bildirilir.

Qeyd edək ki, Bolqarıstan Hərbi Hava Qüvvələrinin rəhbərliyi yeni qırıcıların artıq 2026-cı ilin ikinci yarısında və ya 2027-ci ilin əvvəlində döyüş növbətçiliyinə başlayacağını proqnozlaşdırırdı. Səkkiz qırıcıdan ibarət ikinci dəstənin isə 2027-ci ilin sonuna qədər çatdırılması və beləliklə, ölkənin tam bir eskadrilyaya sahib olması planlaşdırılırdı. Bu gecikmə Bolqarıstan üçün ciddi çətinlik yaradır. Çünki hazırda ölkə arsenalında olan "MiG-29" təyyarələrinin istismar müddəti demək olar ki, başa çatıb və yeni “F-16”ların vaxtında çatdırılması ordunun döyüş hazırlığı üçün həyati əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM