satellite   Azerspace-1: 11135 H 30000

Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq

Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab olunan və şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid avqustun 21-də dəfn ediləcək.

Bu barədə NTV-yə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, mülki şəxs Cümşüd Həsənxan oğlu Məmmədov Laçın şəhərindəki Şəhidlər xiyabanında, hərbçilər - Sərdar Cəfər oğlu İsmayılov Neftçala rayonunun Astanlı kənd qəbirstanlığında Şəhidlər cərgəsində, Vaqif Mənsim oğlu Məhərrəmov Neftçala şəhərindəki Şəhidlər xiyabanında, Mürşüd Nadir oğlu Nərimanov İmişli rayonundakı Məzrəli kənd qəbiristanlığında, Akif Cəbrayıl oğlu Qurbanov Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM