Pakistanın paytaxtı İslamabad şəhərində taekvondo üzrə 8-ci Prezident Kuboku yarışı keçirilir.
Taekvondo Federasiyasından NTV-yə verilən məlumata görə, turnirdə Azərbaycanı 2 idmançı təmsil edir.
Milli komandanın üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli (hər ikisi 63 kiloqram) bu gün turnirdə mübarizəya başlayacaqlar.
