satellite   Azerspace-1: 11135 H 30000

Ağdamda kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapılıb

Ağdamda kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapılıb

Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb.

Bu barədə NTV-yə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA-nın qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib.

Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib.

Aşkar edilən hərbi sursat zərərsizləşdirilərək ərazinin təhlükəsizliyi təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM