satellite   Azerspace-1: 11135 H 30000

Sabahdan Türkiyədə “TEKNOFEST Mavi Vətən” Festivalı işə başlayır - FOTOLAR

Sabahdan Türkiyədə “TEKNOFEST Mavi Vətən” Festivalı işə başlayır<font color=red> - FOTOLAR</font>

Türkiyədə keçiriləcək “TEKNOFEST-2026” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalının dəniz vasitələrinin nümayişini nəzərdə tutan “TEKNOFEST Mavi Vətən” bölməsinə avqustun 20-də start veriləcək.

NTV xəbər verir ki, Türkiyənin dənizçilik sahəsində ilk texnologiya festivalı olan “TEKNOFEST Mavi Vətən” ölkənin Kocaeli vilayətində yerləşən Gölcük Tərsanəsində dörd gün davam edəcək.

Festivalda TCG İstanbul, TCG Burgazada, TCG Hızırreis və TCG Sakarya kimi Türkiyənin müdafiə sənayesinin artıq bilinən yerli istehsal vasitələri ilə yanaşı, müxtəlif pilotsuz dəniz və sualtı sistemlər sərgilənəcək, ölkənin sualtı hücum (SAT) və sualtı müdafiə (SAS) komandolarının xüsusi nümayişləri keçiriləcək.

Tədbirdə Türkiyənin Makina və Kimya Sənayesi, “HAVELSAN”, “ASFAT”, “ASELSAN” və “ROKETSAN” şirkətlərinin ən yeni müdafiə sistemləri təqdim ediləcək. Gənc mühəndislər isə pilotsuz sualtı sistemlər və sualtı raket yarışlarında iştirak edəcəklər.

Tədbir 23 avqustadək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM