satellite   Azerspace-1: 11135 H 30000

Bu gün Azərbaycanın məşhur hərbi xadimi Cəmşid Naxçıvanskinin anadan olmasından 131 il ötür

Bu gün Azərbaycanın məşhur hərbi xadimi Cəmşid Naxçıvanskinin anadan olmasından 131 il ötür

NTV xəbər verir ki, Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olub. 1904-cü ildə Tiflis Kadet Korpusuna daxil olub, 1911-ci ildə oranı bitirib. 1915-ci ildə Yelizavetqrad Qvardiya Məktəbini başa vuraraq Birinci Dünya müharibəsində iştirak edib. Müxtəlif döyüşlərdə üç dəfə yaralanıb, hərbi şücaətinə görə bir sıra orden və medallarla təltif olunub.

1918-ci ildə Azərbaycana qayıdan Cəmşid Naxçıvanski Qafqaz İslam Ordusu və Azərbaycan Əlahiddə Korpusu ilə birlikdə Bakının azad edilməsində iştirak edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə II Qarabağ süvari alayının komandiri təyin olunub və Qarabağda gedən döyüşlərdə iştirak edib.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, daha sonra milli atıcı diviziyanın komandiri olub. Moskvanın Frunze adına Ali Hərbi Akademiyasında təhsil alıb, 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib və burada müəllim kimi fəaliyyət göstərib. 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunub.

1937-ci ildə Stalin repressiyalarının qurbanı olan Cəmşid Naxçıvanski güllələnib və Moskvadakı Kommunarka məzarlığında dəfn edilib.

Cəmşid Naxçıvanski Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı və Qırmızı Ulduz ordenləri ilə təltif olunub. Bakıda hərbi lisey və küçələrdən biri onun adını daşıyır, doğma Naxçıvanda isə xatirə muzeyi fəaliyyət göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

19:08 21.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM