satellite   Azerspace-1: 11135 H 30000

TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək

TDT-nin Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək

Türk Dövlətləri Təşkilatının (DİN) Müsəlman dini liderlərinin növbəti - 8-ci Görüşü Türkiyədə keçiriləcək.

NTV xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci görüşündə məlumat verib.

O qeyd edib ki, xüsusilə Türk dövlətlərinin birliyini, uğurlarını həzm edə bilməyən qüvvələr var:

"Belə bir zamanda biz dini liderlər dövlət rəhbərlərimizin müdrik siyasətlərinə xalqlarımız, dövlətlərimiz naminə mənəvi dəstək verməliyik. Türkdilli ölkələrin dini-mənəvi mühitinə xarici müdaxilələrin, ideoloji təxribatların, o cümlədən, islamofobiya, türkofobiya, separatçılıq, məzhəb ayrı-seçkiliyi, təkfirçilik, dini və irqi dözümsüzlük ideyalarının, nifrət çağırışlarının qarşısının alınmasına çalışmaq biz din xadimlərinin vətəndaşlıq borcu, mənəvi məsuliyyətidir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM