satellite   Azerspace-1: 11135 H 30000

Əbdüləziz Zakirov: İslam bizi elmə, araşdırmağa, düşünməyə və faydalı işlər görməyə çağırır

Əbdüləziz Zakirov: İslam bizi elmə, araşdırmağa, düşünməyə və faydalı işlər görməyə çağırır

İslam bizi elmə, araşdırmağa, düşünməyə və faydalı işlər görməyə çağırır.

NTV xəbər verir ki, bunu Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, müfti Əbdüləziz Zakirov Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, texnologiya sürətlə inkişaf edir, süni intellekt, tibb, kosmos, nəqliyyat və kommunikasiya sahələrində böyük dəyişikliklər baş verir.

Əbdüləziz Zakirov Əl-Xarəzmi və İbn Sina kimi alimlərin, eləcə də digər müsəlman alimlərinin riyaziyyat, tibb, astronomiya, coğrafiya, fəlsəfə və digər sahələrə verdiyi töhfələri xatırladıb. Vurğulayıb ki, İslam yalnız ibadətlə məhdudlaşmır: “Biz İslamla yaşayırıq” deyərkən bunu yalnız namazla məhdudlaşdırmamalıyıq. Əlbəttə, namaz dinin ən əsas ibadətlərindən biridir. Lakin namaz bizi həyatın digər sahələrində məsuliyyətdən azad etmir.

Əgər biz vəzifəmizi düzgün yerinə yetirsək, gənclərimizin arasından yeni Xarəzmilərin, yeni İbn Sinaların, yeni alimlərin, yeni mühəndislərin, yeni həkimlərin, yeni ixtiraçıların yetişməsinə səbəb ola bilərik.

O zaman dünya müsəlmanları bugünkü elmi, əxlaqı, texnologiyası və bəşəriyyətə verdiyi töhfələri ilə tanıyacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM