satellite   Azerspace-1: 11135 H 30000

Naurızbay Taqanulı: Ailə dəyərlərinin təbliği hamımızın ortaq vəzifəsidir

Naurızbay Taqanulı: Ailə dəyərlərinin təbliği hamımızın ortaq vəzifəsidir

Ailə insan övladının qızıl beşiyi, böyük məhəbbətin müqəddəs məkanıdır. İnsanın həyat yolundakı ilk addımları, dünyanı dərk etməsi və şəxsiyyətinin formalaşması, ilk növbədə, ailədən başlayır.

NTV xəbər verir ki, bu sözləri Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı Bakıda TDT-yə üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşündə çıxışı zamanı söyləyib.

Naurızbay Taqanulı qeyd edib ki, İslam dini ailənin dəyər və müqəddəsliyinə xüsusi əhəmiyyət verir.

O vurğulayıb ki, ailənin möhkəmliyinin əsas dayaqlarından biri ər-arvad arasındakı məhəbbət, qarşılıqlı hörmət və əmin-amanlıqdır.

“Bu gün boşanmaların qarşısının alınması, gənclərin ailə həyatına hazırlanması, valideynlərin məsuliyyətinin artırılması, ailədaxili zorakılığa yol verilməməsi və ailə dəyərlərinin təbliği hamımızın ortaq vəzifəsidir”, – deyə N.Taqanulı vurğulayıb.

O əlavə edib ki, ailədə sağlam tərbiyə və qarşılıqlı hörmət formalaşdıqda, bunun müsbət təsiri bütövlükdə cəmiyyəti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM