satellite   Azerspace-1: 11135 H 30000

Təbriz-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajından dərman və siqaretlər aşkar edilib

Təbriz-Bakı aviareysi ilə gələn sərnişinlərin baqajından dərman və siqaretlər aşkar edilib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində 3 fakt üzrə gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkar edilib.

NTV Komitəyə istinadən xəbər verir ki, Təbriz-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşlarının baqajlarına stasionar rentgen qurğusunda baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı hər üç vətəndaşa məxsus baqajlardan gömrük nəzarətindən gizlədilən dərman vasitələri - 12 440 ədəd həb, 4 066 ədəd kapsul, 162 ədəd və 41 qutu maye məhlul, 120 paket toz halında məhlul, 70 ədəd şam, qutu iynə, 58 qutu və 613 ədəd maz, 1 qutu gel, həmçinin 4460 ədəd siqaret aşkar olunub.

Faktlarla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM