Türkiyənin “World Türk” telekanalı “BakuBus” sürücülərinin Türk dünyasında sevilən “İntizar” (“Vəfadarım mənim”) kompozisiyanın ifası ilə bağlı məlumat paylaşıb.
NTV xəbər verir ki, Samir Aslanın müəllifi olduğu süjetdə Milli Musiqi Günü ilə əlaqədar 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqov (vokal), 1 nömrəli avtobusun sürücüsü Tərlan Nağdəliyev (tar) və 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimovun (piano) ifası təqdim olunub.
Avtobus sürücülərinin ifası türk izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
