Kanada 2026-cı ilin sonuna qədər Avropa İttifaqı ilə assosiasiya sazişinin əsas konturları üzrə razılığa gəlmək istəyir.
NTV xəbər verir ki, bu barədə “The Economist” jurnalı Kanada hökumətinin yüksəkvəzifəli rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, Ottava və Brüssel maliyyə xidmətlərinin inteqrasiyası, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və gənclər üçün birgə proqramların yaradılması istiqamətində işləmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Kanadaya Aİ-nin assosiativ üzvü statusunun verilməsi imkanının nəzərdən keçirilməsini təklif edib. Lakin təşəbbüs bəzi Aİ üzv dövlətlərində suallar doğurub.
