satellite   Azerspace-1: 11135 H 30000

Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir

Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir

Çexiyada keçmiş sənaye və hərbi ərazilərin ekoloji təmizlənməsi davam etdirilir.

NTV xəbər verir ki, Çexiya ərazisində sənaye fəaliyyəti və hərbi obyektlərdən qalan çirklənmiş torpaqların bərpası üzrə işlər aparılır. Ölkənin Ətraf Mühit Nazirliyinin məlumatına görə, çirklənmiş ərazilərin qeydiyyat sistemindəki 7071 obyekt ekoloji araşdırma tələb edir. Onlardan təxminən 490-ı yüksəkriskli “A” kateqoriyasına daxildir və ya artıq rekultivasiya olunur, ya da təmizlənmə növbəsindədir.

Problem, əsasən, 1989-cu ildən əvvəlki dövrdən qalan ekoloji irslə bağlıdır. Mütəxəssislərin sözlərinə görə, ərazilərdə xlorlu həlledicilər, neft məhsulları və ağır metallar aşkar edilir. Cənubdakı Şumava Milli Parkında keçmiş hərbi zonada 1000 ton çirklənmiş torpaq və təhlükəli kimyəvi maddələrlə dolu 200 çəllək aşkarlanması da problemin miqyasını göstərir. Çexiyada bəzi ərazilərin təmizlənməsi onilliklər çəkir. Buna baxmayaraq, dövlət sistemi vasitəsilə monitorinq, bərpa və rekultivasiya tədbirləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM