satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

Türkiyənin Daxili İşlər Nazirliyi “Forex dələduzluğu”na qarşı ölkədə keçirilən əməliyyat zamanı 174 şübhəlinin saxlanıldığını açıqlayıb.

NTV xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyat çərçivəsində 25 şirkətə bağlı 40 çağrı mərkəzi və maliyyə ofisi müəyyən edilib.

Əməliyyat zamanı cinayətdən əldə edildiyi bildirilən 1,5 milyard lirə dəyərində aktivə (şəxsin və ya qurumun sahib olduğu və maddi dəyəri olan əmlak və vəsait), o cümlədən 80 avtomobilə və 12 daşınmaz əmlaka həbs qoyulub. Dələduzluqda istifadə edilən bank, kriptovalyuta və şirkət hesabları da bloklanıb.

Xatırladaq ki, “Forex” müxtəlif ölkələrin valyutalarının alınıb-satıldığı beynəlxalq valyuta bazarıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM