Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar verilib - FOTOLAR

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar verilib<font color=red> - FOTOLAR</font> Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar verilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eksponatlar rayonun Nüsnüs kənd sakini Oruc Əliyev tərəfindən muzeylərə hədiyyə edilib.                                       

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Həsən Kərimov bildirib ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Ötən il 5 eksponat təqdimatı keçirilib, muzeylərimizə 662 yeni eksponat təqdim edilib.

Həsən Kərimov bildirib ki, muzeyə təqdim edilən qədim “Qurani-Kərim”, Sədi Şirazinin qədim kitabı, mis sikkələr, döyüş sursatı və məişətdə istifadə edilən kilim, həsir, mis və saxsı qablar kimi maddi-mədəniyyət nümunələri xalqımızın inanc və etiqadını, intellekt səviyyəsini, eləcə də həyat tərzini, mədəni həyatını və məişətini özündə yaşadan muzey eksponatlarıdır.

Sonda eksponatlara baxış olub.

                                                                          Adilə  Səfərova

Xəbər lenti
Türkiyədə zəlzələ olub

21:18 18.04.2021

Kəngərli kətəsi

19:00 18.04.2021

Çox oxunan xəbərlər