satellite   Azerspace-1: 11135 H 30000

Qütb parıltısının kosmosdan görünüşü - FOTOLAR

Qütb parıltısının kosmosdan görünüşü<font color=red> - FOTOLAR</font> Qütb parıltısının kosmosdan görünüşü<font color=red> - FOTOLAR</font> Qütb parıltısının kosmosdan görünüşü<font color=red> - FOTOLAR</font>

Amerikalı astronavt Robert Hayns kosmosdan Qütb parıltısının necə göründüyünü çəkib. Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o, orbitdə olarkən Yerin üzərində yaşıl bir parıltının ecazkar görüntü yaratdığını görüb. Hayns həmin anı lentə alıb. Astronavtın çəkdiyi foto, doğrudan da, sehrli bir mənzərəyə bənzəyib. "Qütb parıltısı bu gün tamamilə möhtəşəmdir! Bu gözəl mənzərələrlə nəticələnən son günəş aktivliyinə görə təşəkkür edirik!", - o, Twitter səhifəsində yazıb.

Qeyd edək ki, Robert Hayns astronavt, mühəndis olmaqla yanaşı ABŞ Hərbi Hava Qüvvələrinin sınaqçı pilotudur. O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantıdır.Hayns bu ilin aprelin 27-də "SpaceX Crew Dragon Freedom" kosmik gəmisinin ilk pilotu kimi orbitə çıxdı. Elə həmin gün gəmi Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşdı və astronavt uzunmüddətli missiyaların bir hissəsi kimi işə başladı.

Xatırladaq ki, Qütb parıltısı günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsidir. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və burada toplanır. Bunun nəticəsində də qütb parıltısı baş verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM