satellite   Azerspace-1: 11135 H 30000

Hondurasda avtobus dərəyə aşıb, doqquz nəfər ölüb

Hondurasda avtobus dərəyə aşıb, doqquz nəfər ölüb

Hondurasda pikapla toqquşduqdan sonra sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı doqquz nəfər ölüb, 28 nəfər xəsarət alıb.

NTV xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Ölənlər arasında avtobusun sürücüsü, üç kişi və beş qadın var.

Xilasedicilərdən birinin sözlərinə görə, avtobus dərəyə yuvarlanarkən bəzi sərnişinlər avtobusdan kənara düşüblər.

"Transporte Carolina" nəqliyyat şirkətinin avtobusu ölkənin paytaxtı Tequsiqalpadan La-Esperansa şəhərinə hərəkət edirmiş.

Qəzanın səbəbi bəlli deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM