satellite   Azerspace-1: 11135 H 30000

Uqandada Afrikada ilk dəfə Ebola virusuna qarşı mRNT peyvəndinin klinik sınaqlarına başlanılıb

Uqandada Afrikada ilk dəfə Ebola virusuna qarşı mRNT peyvəndinin klinik sınaqlarına başlanılıb

Uqanda Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası fonunda Afrikada ilk dəfə “Bundibugyo” Ebola virusuna qarşı mRNT əsaslı namizəd peyvəndin 1-ci faza klinik sınaqlarına start verib.

NTV “Sinxua” agentliyinə istinadla xəbər verir ki, “mRNA-1469-P102” adlı sınaq Uqandanın tənzimləyici qurumlarının icazəsindən sonra Uqanda Virus Tədqiqatları İnstitutu (UVRI) və ABŞ-nin “Moderna” əczaçılıq şirkətinin əməkdaşlığı ilə həyata keçirilir.

Açıqlanan birgə bəyanatda bildirilir ki, tədqiqat çərçivəsində 1 yaşdan 65 yaşadək təxminən 224 sağlam könüllü üzərində peyvəndin təhlükəsizliyi və immunogenliyi qiymətləndiriləcək. Bəyanatda qeyd olunub: “Könüllülərin müayinəsi və tədqiqata cəlb olunması prosesi artıq başlayıb, iştirakçılar peyvənd vurulduqdan sonra, təxminən bir il müddətində müşahidə altında saxlanılacaqlar”.

Mərkəzi qərargahı Norveçdə yerləşən və epidemiya təhlükələrinə qarşı peyvəndlərin hazırlanmasını maliyyələşdirən Epidemiyalara Hazırlıq İnnovasiyaları Koalisiyası (CEPI) bu peyvəndin hazırlanmasını dəstəkləmək üçün “Moderna” şirkətinə 58,5 milyon ABŞ dolları ayırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM