satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək

Azərbaycan Premyer Liqasının bəzi oyunlarında AVAR-2 hakimi də iştirak edəcək

VAR hakimlərinin peşəkar inkişafı və praktiki təcrübəsinin artırılması məqsədilə Azərbaycan Premyer Liqasının 13-cü turundan etibarən bəzi oyunlarda AVAR-2 hakiminin iştirakı nəzərdə tutulub.

Peşəkar Futbol Liqasından (PFL) NTV-yə  verilən məlumata görə, bu addım AFFA Hakimlər Komitəsinin PFL-ə ünvanladığı rəsmi müraciət əsasında həyata keçiriləcək.

Cari turda AVAR-2 təyinatları:

“Neftçi” - “Zirə”

AVAR-2: Fəridə Lütfəliyeva

“Sabah” - “Araz-Naxçıvan”

AVAR-2: İslam Məmmədov

"Qarabağ" - “Sumqayıt”

AVAR-2: Niyaz Əhmədov

Qeyd edək ki, AVAR-2 hakiminin VAR otağında iştirakı yalnız təlim və müşahidə xarakteri daşıyacaq, onun oyun epizodlarının qiymətləndirilməsi və qərarların qəbul edilməsində heç bir funksional rolu olmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM