Gələn həftə Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək. İclasın əsas mövzusu iqtisadi əməkdaşlıq olacaq.
NTV xəbər verir ki, MDB-nin Baş katibi Sergey Lebedev bu barədə Birliyin İqtisadi Şurasının iclası çərçivəsində jurnalistlərlə söhbətində bildirib.
O deyib: “Gündəlikdə bir çox məsələ olacaq: iqtisadiyyat birinci, humanitar məsələlər ikinci, təhlükəsizlik isə üçüncü yerdədir”.
