Çexiya ötən il Aİ-də elektrik velosipedlərinin ən iri istehsalçıları sırasına daxil olub.
NTV xəbər verir ki, Çexiya şirkətləri təxminən 150 min elektrik velosipedi istehsal edib.
Avropa İttifaqının statistika xidməti Eurostatın məlumatına görə, bu, Avstriyanın göstəricisinə bərabərdir. Çexiyadan daha çox elektrik velosipedini Almaniya və Niderland istehsal edib.
Ümumilikdə ötən il Aİ-də 10,4 milyon velosiped istehsal olunub. Onlardan 1,6 milyonu elektrik mühərriki və ya elektrik dəstəyi ilə təchiz edilib, 8,8 milyonu isə adi modellərdir. 2024-cü illə müqayisədə adi velosipedlərin istehsalı 4,3 faiz artıb. Lakin 2015-ci illə müqayisədə bu göstərici 35,7 faiz azalıb. O vaxt Aİ-də 13,7 milyon velosiped istehsal edilmişdi.
“Worldometers.info” portalının məlumatına görə, bu il dünyada artıq 150 milyona yaxın velosiped istehsal olunub. İstehsalın təxminən 87 faizi Çin, Hindistan, Aİ, Tayvan və Yaponiyanın payına düşür. Təkcə Çinin payı isə 60 faizdir.
