satellite   Azerspace-1: 11135 H 30000

ASCO-nun gəmi-bərələri ilə avtotexnika daşımalarının həcmi 16 faiz artıb

ASCO-nun gəmi-bərələri ilə avtotexnika daşımalarının həcmi 16 faiz artıb

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən həyata keçirilən avtotexnika daşımalarında cari ilin 10 ayında 16 faiz artım qeydə alınıb.

QSC-dən NTV-yə  bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında ASCO-nun gəmi-bərələri ilə ümumilikdə 935 min 457 ton avtotexnika daşınıb.

Ötən ilin eyni dövründə bu göstərici 805 min 566 ton təşkil edib. Hesabat dövründə gəmi-bərələrlə 35 min 975 ədəd avtotexnika daşınıb. 2025-ci ilin müvafiq dövründə isə bu rəqəm 32 min 59 ədəd olub. Beləliklə, avtotexnika daşımaları ədədlə ifadədə 12 faiz artıb.

2026-cı ilin oktyabr ayında da ASCO-nun gəmi-bərələri ilə avtotexnika daşımalarında artım tendensiyası müşahidə olunub. Ötən ay 97 min 900 ton avtotexnika daşınıb. Bu isə keçən ilin eyni ayının göstəricisindən (79 min 600 ton) 23 faiz çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM