satellite   Azerspace-1: 11135 H 30000

“Reuters”: Hakerlər BBC ABŞ-nin flaqman bulud hesablamaları platformasını qırıblar

“Reuters”: Hakerlər BBC ABŞ-nin flaqman bulud hesablamaları platformasını qırıblar

Naməlum hakerlər BBC ABŞ-nin “Cloud One” flaqman bulud hesablamaları platformasını qırıblar.

NTV-nin “Reuters” agentliyinə istinadla xəbər verir ki, haker hücumu sistemin təxminən bir ay əvvəl yenilənməsi zamanı aşkar edilib. Hakerlərin kimliyi, müdaxilənin miqyası və oğurlanmış məlumatların həcmi məlum deyil, lakin platformada çoxlu sayda məxfi taktiki, kadr və logistika məlumatları olub.

2017-ci ildə istifadəyə verilən “Cloud One” BBC-nin İT ehtiyacları üçün hərtərəfli həll yolu olaraq hazırlanmış və dörd operatorun – “Microsoft”, “Amazon”, “Oracle” və “Alphabet” resurslarını birləşdirərək şəxsi məlumatlar və əməkhaqqının idarə edilməsi, eləcə də logistika və texniki xidmət daxil olmaqla müxtəlif tətbiqləri gücləndirmək üçün istifadəyə verilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM