Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında əldə olunan yeni razılaşmalar çərçivəsində London Brüsselə əlavə “iştirak haqqı” ödəyəcək.
NTV BBC-yə istinadla xəbər verir ki, bu barədə razılaşmalara dair hüquqi sənədlərdə qeyd olunub.
Bildirilib ki, əlavə ödəniş Baş nazir Endi Börnhemin ötən həftə açıqladığı iki razılaşmanın həyata keçirilməsi üçün zəruri olan Aİ qurumlarının və sistemlərinin fəaliyyət xərclərinin qarşılanmasına yönəldiləcək.
Britaniya hökuməti razılaşmaların maliyyə xərcləri ilə müqayisədə iqtisadi faydalarının daha böyük olacağını bildirir. Hökumətin hesablamalarına görə, ticarət dövriyyəsinin artması nəticəsində ölkə iqtisadiyyatı uzunmüddətli perspektivdə hər il milyardlarla funt sterlinq əlavə qazanc əldə edə bilər. Hökumət əlavə xərclərin ümumi məbləği ilə bağlı hələlik rəsmi hesablamaları açıqlamayıb.
