satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada ABŞ istehsalı “Toyota” avtomobilləri satılacaq

Yaponiyada ABŞ istehsalı “Toyota” avtomobilləri satılacaq

Yaponiyada ABŞ istehsalı olan “Toyota Camry” avtomobilləri satışa çıxarılır.

NTV  Yaponiya mediasına istinadla xəbər verir ki, dekabrın 23-dən satışa çıxarılacaq 11-ci nəsil “Camry” modelləri “Toyota” ABŞ-nin Kentaki ştatındakı zavodunda istehsal olunur. “Camry”nin Yaponiyadakı satışları 2023-cü ilin dekabrında dayandırılmışdı.

"ABŞ-də istehsal olunub, “Toyota” tərəfindən hazırlanıb" şüarı ilə təqdim edilən avtomobillər Yaponiya üçün istehsal olunduğundan sükanı sağda yerləşir, naviqasiya və multimedia sistemi isə yapon dilindədir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp uzun müddət Tokionu Amerika avtomobillərinin Yaponiyanı bazarına çıxışını çətinləşdirməkdə ittiham edirdi. Vaşinqton Yaponiya ilə avtomobil ticarətində balansın dəyişdirilməsini istəyirdi. 2025-ci ildə əldə olunan ABŞ–Yaponiya ticarət razılaşması çərçivəsində Tokio ABŞ-də istehsal edilmiş və Amerika təhlükəsizlik sertifikatına malik avtomobillərin əlavə yerli sınaqlar olmadan satışına şərait yaratmağa razılaşıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM