satellite   Azerspace-1: 11135 H 30000

Liviya sahil mühafizəsi 240 miqrantı xilas edib

Liviya sahil mühafizəsi 240 miqrantı xilas edib

Liviyanın şərqində fəaliyyət göstərən Sahil Mühafizəsi və Liman Təhlükəsizliyi Agentliyi ölkə sahillərində səkkiz qayıqdan müxtəlif millətlərə mənsub 240 miqrantın xilas edildiyini açıqlayıb.

NTV “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Sahil Mühafizəsi və Liman Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Aralıq dənizində xilas edilən miqrantlar Banqladeş, Misir, Pakistan və Efiopiya vətəndaşlarıdır. Onlar öz ölkələrinə geri qaytarılması məqsədilə Qeyri-qanuni Miqrasiyaya qarşı Mübarizə Departamentinə təhvil veriliblər.

Qeyd edək ki, Liviya Aralıq dənizi vasitəsilə Avropaya getməyə çalışan miqrantlar üçün əsas tranzit məntəqəsi sayılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM