Azərbaycan Respublikası Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibi Heydərzadə Dilşadın “Arzulara qanad ver” layihəsinin bağlanış mərasimi Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə keçirilib.
Bağlanış mərasimində layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər, görülən işlər və əldə olunan nəticələr barədə məlumat verilib.
Naxçıvan şəhərinin 5 tam orta məktəbində təşkil olunan maarifləndirici tədbirlərdə 250 yeniyetmə erkən nikahın fəsadları, təhsilin əhəmiyyəti və hüquqların qorunması barədə məlumatlandırılıb, onların şəxsi inkişaf potensialları dəstəklənib. Keçirilən interaktiv sessiyalar şagirdlərin mövzular ətrafında müzakirələrə qoşulmasına, fikirlərini sərbəst ifadə etməsinə və gələcək hədəfləri barədə düşünməsinə şərait yaradıb.
Layihənin əsas nəticəsi yeniyetmələr arasında erkən nikahın mənfi nəticələri barədə məlumatlılığın artırılması, təhsilin və şəxsi inkişafın əhəmiyyətinin təşviq edilməsi olub. Şagirdlərin fəal iştirakı və müzakirələrə marağı layihənin məqsədlərinə nail olmasına töhfə verib.
Beləliklə, “Arzulara qanad ver” layihəsi nəzərdə tutulan fəaliyyətləri uğurla tamamlayaraq yekunlaşıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
