satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın neft obyektlərinə zərbələrin endirildiyi təsdiqlənib

Rusiyanın neft obyektlərinə zərbələrin endirildiyi təsdiqlənib

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin hərbçiləri Müdafiə Qüvvələrinin digər komponentləri ilə birlikdə Rusiyanın üç strateji neft sənayesi obyektinə zərbələr endiriblər.

NTV xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində “Samara” istehsal-dispetçer stansiyasının çən parkında yanğın baş verib. “Bura “Urals” xam neft ixrac qarışığının formalaşdığı və Rusiya şirkəti olan “Transneft”in əsas mərkəzlərindən biridir. Rusiyanın neft ixracının yarıya qədəri bu stansiyadan keçir", - deyə məlumatda vurğulanıb.

Həmçinin diqqətə çatdırılıb ki, "Alfa"nın uzaqmənzilli dronları Rusiyanın neft nəqli sistemindəki digər vacib obyektə - Başqırdıstandakı “Nurlino” istehsal və göndərmə stansiyasına zərbə endirib. Bu stansiya Ukrayna sərhədindən 1200 kilometrdən çox məsafədə yerləşir və əhəmiyyətli miqdarda Rusiya neftini daşıyan "Transneft" magistral boru kəməri sisteminin bir hissəsidir.

Eləcə də Rostov vilayətində yerləşən və ildə 7,5 milyon tona qədər neft emal etmək gücünə malik “Novoşaxtinsk” Neft Emalı Zavoduna zərbənin endirdiyi bildirilib. Ərazidə partlayışlar və yanğın baş verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM