satellite   Azerspace-1: 11135 H 30000

Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir

Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir

Böyük Britaniyanın Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri quruma qarşı həyata keçirilən kiberhücum səbəbindən hələ də fəaliyyət göstərmir.

NTV xəbər verir ki, bu barədə "Sky News" telekanalına nazirliyin nümayəndəsi məlumat verib.

Bununla belə, Böyük Britaniya hökuməti milyonlarla insanın pensiya ödənişləri və sosial müavinətləri əvvəlki qaydada almağa davam edəcəyinə zəmanət verib.

Nazirlikdən bildirilib ki, kibertəhlükəsizlik üzrə mütəxəssislər Milli Kibertəhlükəsizlik Mərkəzi və Dövlət Kibertəhlükəsizliyin Koordinasiyası Mərkəzi ilə birlikdə qurumun sistemlərinə icazəsiz giriş cəhdini araşdırırlar. Hadisəyə dərhal müdaxilə tədbirləri görülüb, onlayn xidmətlərin təhlükəsiz şəkildə bərpası istiqamətində işlər davam etdirilir.

Hökumətin məlumatına görə, hələlik şəxsi məlumatların sızması qeydə alınmayıb. Bununla belə, insidentlə bağlı araşdırma davam edir.

Mühafizəkarlar Partiyasından əmək və pensiya təminatı üzrə kölgə nazir Helen Ueytli hadisəni son dərəcə narahatedici insident adlandırıb. O bildirib ki, hökumət ölkəni artan kiberhücumlardan qorumaq üçün daha fəal tədbirlər görməlidir.

"Sky News"un texnologiya müxbiri Rouland Mantorp isə nazirliyin daxili sistemlərinin fəaliyyətinin dayandırılmasının vəziyyətin ciddiliyini göstərdiyini bildirib. Onun fikrincə, rəsmi məlumatların məhdudluğu səbəbindən hələlik kiberhücumun miqyasını müəyyənləşdirmək çətindir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM