satellite   Azerspace-1: 11135 H 30000

Sabiq ABŞ diplomatı Yəməndəki vəziyyəti humanitar fəlakət adlandırıb

Sabiq ABŞ diplomatı Yəməndəki vəziyyəti humanitar fəlakət adlandırıb

ABŞ-nin Yəməndəki diplomatik missiyasının rəhbərinin keçmiş müavini Nabil Xuri ölkədəki döyüşlərin nəticələrini humanitar fəlakət kimi xarakterizə edib.

NTV “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Nabil Xuri Yəmənin həddindən artıq çox müharibə gördüyünü, son illərdə təxminən 300 min, təkcə son bir neçə ay ərzində isə 13 mindən çox insanın həlak olduğunu və ya yaralandığını bildirib.

“Zorakılığı kimin kimə qarşı başladılmasından asılı olmayaraq, hazırda Yaxın Şərqin ən zəngin ölkəsi (Səudiyyə Ərəbistanı) Yaxın Şərqin ən yoxsul ölkəsini bombalayır”, — deyə o vurğulayıb.

Xuri əlavə edib ki, daxili qruplaşmalar arasında mübarizə kimi başlayan proses indi regional və beynəlxalq münaqişələr bataqlığına çevrilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM