satellite   Azerspace-1: 11135 H 30000

Alma digər meyvələrdən daha yaxşı bədəni kolon xərçəngindən qoruyur

Alma digər meyvələrdən daha yaxşı bədəni kolon xərçəngindən qoruyur

Azı bir milyard insanın gündəlik qida rasionuna daxil olan alma çoxumuzun sevimli meyvəsidir. Alma supermeyvə kimi öz reputasiyasını doğruldur. Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, amerikalı tədqiqatçılar (Montana Dövlət Universiteti) almanın insan bağırsağı üçün şübhəsiz faydalarını əsaslandırıblar. Belə ki, bu meyvənin otoimmün xəstəliklərdə, xoralarda və kolitdə həzm sistemində iltihaba səbəb olan patogenləri boğduğu sübut edilib. Alma digər meyvələrdən daha yaxşı bədəni kolon (yoğun bağırsaq) xərçəngindən qoruyur.

Heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, almanın tərkibində bağırsaqlarda iltihaba səbəb olan hüceyrələrin fəaliyyətini dayandıra bilən antioksidant polifenollar var.

Əslində, polşalı tədqiqatçılar artıq 592 xərçəng xəstəsi və 765 sağlam insanı əhatə edən böyük təcrübə aparıblar. Təcrübə göstərib ki, bir insan gündə bir alma yeyərsə, bağırsaq xərçənginə tutulma ehtimalı əhəmiyyətli dərəcədə azalır.

Alimlər almanın belə xüsusiyyətlərini bu meyvələrin tərkibində çoxlu miqdarda flavonoidlərin - heterosiklik oksigen tərkibli birləşmələrin olması ilə izah edirlər. Onlar antioksidant kimi fəaliyyət göstərir, sərbəst radikalların təsirindən qoruyaraq bununla da şiş hüceyrələrinin əmələ gəlməsinin və çoxalmasının qarşısını alır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM