satellite   Azerspace-1: 11135 H 30000

Gənclər Babəkdə şəhid ailələrini və məzarlarını ziyarət ediblər - FOTOLAR

Gənclər Babəkdə şəhid ailələrini və məzarlarını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Babəkdə şəhid ailələrini və məzarlarını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Babəkdə şəhid ailələrini və məzarlarını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Babəkdə şəhid ailələrini və məzarlarını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Babəkdə şəhid ailələrini və məzarlarını ziyarət ediblər<font color=red> - FOTOLAR</font> Gənclər Babəkdə şəhid ailələrini və məzarlarını ziyarət ediblər<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun təşkilatçılığı ilə bir qrup gənc Babək rayonunda yaşayan şəhid ailələri ilə görüşüb, şəhid məzarlarını ziyarət edib.

Gənclər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız Rasim Ramazanov, Ümid Novruzlu, Rəhman Əjdərov və Şükür Hacıyevin ailə üzvləri ilə görüşüb, onların keçdiyi döyüş yolu və qəhrəmanlıqlarından söz açıblar.

Əcnəbi tələbələrin də iştirak etdiyi görüşlər zamanı çıxış edənlər qeyd ediblər ki, belə görüşlərin məqsədi şəhidlərimizin xatirəsinə ehtiram, ailələrinə mənəvi dəstək, eləcə də gənclərin  qəhrəmanlarımızı daha yaxından tanıması və vətənpərvərlik ruhunda formalaşmasına xidmət etməkdir. Çıxış edənlər qəhrəman övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlıq ediblər.

Görüşlərin ardınca iştirakçılar şəhidlərimizin məzarlarını ziyarət edib, “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Leyla Cəfərzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM