satellite   Azerspace-1: 11135 H 30000

“Azərpoçt”un adından dələduzluq məqsədilə yenidən saxta saytların yaradıldığı aşkarlanıb

“Azərpoçt”un adından dələduzluq məqsədilə yenidən saxta saytların yaradıldığı aşkarlanıb

Dələduzluq məqsədilə “Azərpoçt” MMC-nin adından yenidən saxta saytların yaradıldığı (hxxp://w.praiseplaintiff.cn/azerpostaz/ və hxxps://sbphnz.cyou/1ugBk50I/azerpostaz/) aşkarlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, bu dəfə dələduzlar “Sual-cavab nəticəsində “Azərpoçt”dan 600 manat qazanmaq imkanı” adı ilə şirnikləndirici saxta kampaniya başladıblar.

“Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaları, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam olunan kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar. Vətəndaşlar belə saxta kampaniyalarla qarşılaşdıqda, kiberdələduzluq faktının analizi və yaradılmış saxta domenlərin zərərsizləşdirilməsi üçün Xidmətimizin CERT Mərkəzinə məlumat verə bilərlər”, - deyə qurumun mətbuat xidmətinin məlumatında bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM