satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda Estoniyadan 200 tələbə təhsil alır

Azərbaycanda Estoniyadan 200 tələbə təhsil alır

Azərbaycanda Estoniyadan 200 tələbə təhsil alır.

NTV-nin məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tshakna ilə brifinqdə deyib.

Nazir deyib ki, görüş zamanı iki ölkənin beynəlxalq təşkilatlardakı münasibətləri də müzakirə edilib:

"Estoniya Avropa İttifaqının çox önəmli və fəal üzvüdür. Görüşümz zamaanı Avropa İttifaqı-Azərbaycan münasibətləri də müzakirə edildi".

C.Bayramov ikitərəfli əlaqələrin digər istiqamətlərinə toxunaraq Azərbaycanda Estoniyadan 200 tələbənin təhsil aldığını, həmçinin ötən il bu ölkədən Azərbaycana 2000-ə yaxın turistin gəldiyini bildirib:

"Həmçinin təhsil müəssisələri arasında akademik mübadilə proqramları və akademik əlaqələr mövcuddur. Bunlar bizim tərəfdən müsbət qarşılanır, bu fəaliyyətə hər iki tərəfdən dəstək verilir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:09 27.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM