Noyabrın 26-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126, o cümlədən borclu şəxs qismində axtarılan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 9 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 29 fakt müəyyən olunub. Ümumi çəkisi 6 kiloqram olan narkotik vasitə və 525 güclü təsiredici xassəyə malik həb aşkarlanaraq götürülüb.
Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyənləşdirilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 tüfəng aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər də saxlanılıb.
