satellite   Azerspace-1: 11135 H 30000

İraqda neft qaçaqmalçılığı araşdırması: yüksəkvəzifəli şəxslər hədəfdə

İraqda neft qaçaqmalçılığı araşdırması: yüksəkvəzifəli şəxslər hədəfdə

İraqda neft və neft məhsullarının qaçaqmalçılığı ilə bağlı aparılan araşdırmalar çərçivəsində bir sıra yüksəkvəzifəli məmurların yaxın günlərdə vəzifələrindən kənarlaşdırılması gözlənilir.

NTV  xəbər verir ki, bu barədə İraqın Baş nazirinin müşaviri Əbdül Əmir ət-Tayban bildirib.

Onun sözlərinə görə, neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar məhkəmə orqanlarının birbaşa nəzarəti altında aparılır və bu məsələdə hökumət üçün heç bir istisna yoxdur.

Müşavir qeyd edib ki, indiyədək vəzifədən azad edilən şəxslər yalnız başlanğıcdır. Araşdırmalar başa çatdıqca daha yüksəkvəzifəli şəxslərlə bağlı yeni qərarların qəbul ediləcəyi gözlənilir.

O, cinayətlərdə iştirak edən şəxslərin adlarının açıqlanmasının məhkəmə orqanlarının səlahiyyətində olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM