satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqası: “Beşiktaş” İsrail klubunu məğlub edib

UEFA Avropa Liqası: “Beşiktaş” İsrail klubunu məğlub edib

UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün V turun oyunları keçirilir.

NTV xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşıb.

İstanbul təmsilçisi rəqibini neytral meydanda – Gürcüstanın Batumi şəhərində qəbul edib.

Görüş Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da keçirilib. Bakı vaxtı ilə saat 21:45-də başlayan matçı danimarkalı FIFA referisi Morten Kroq idarə edib. Ona həmyerliləri Viktor Skitte və Steffen Bramsen kömək ediblər.

Gərgin keçən qarşılaşmada sevinən tərəf "qara qartallar" olub. "Beşiktaş" rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu nəticədən sonra Türkiyə klubu 10 xal toplayaraq turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Aktivində 1 xalı olan "Hapoel" isə 33-cü sıradadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM